Kanada ABŞ-la ticarət “savaşı”na hazırlaşır

   Kanada ABŞ-la ticarət “savaşı”na hazırlaşır
  16 Yanvar 2025    Oxunub:444
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanada mallarına gömrük tariflərini qaldırsa, Ottava Amerika mallarına rüsumu artıracaq.
AzVision.az bildirir ki, məlumatlı mənbələrə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, Kanada tərəfi təxminən 105 milyard ABŞ dolları dəyərində rüsum nəzərdə tutulan malların siyahısını da tərtib edib.

“Bu siyahı başlanğıc xarakterlidir və yalnız Tramp administrasiyasının tarifləri artıracağı təqdirdə qüvvəyə minəcək. Kanada tərəfindən əlavə sanksiyalar ABŞ-nin hərəkətlərindən asılı olaraq sonradan tətbiq edilə bilər”, - mənbə vurğulayıb.

Kanadanın hazırladığı sözügedən siyahıdakı malların adları hələlik açıqlanmayıb.

Kanada ABŞ-yə satdığı uran və neftə gömrük rüsumları tətbiq edə bilər
Xatırladaq ki, ABŞ-nin gələcək prezidenti Donald Tramp daha əvvəl Kanada mallarına 25 faiz rüsum tətbiq etməklə hədələyib. O, bu təhdidini Ottavann ticarət və immiqrasiya məsələlərini həll edə bilməməsi ilə əsaslandırıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Kanada   ABŞ  





Xəbər lenti