AC: “Bayden təəssüf doğuran səhv etdi”

      AC:    “Bayden təəssüf doğuran səhv etdi”
  16 Yanvar 2025    Oxunub:294
ABŞ prezidenti Co Bayden Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl Rusiya lideri Vladimir Putinlə razılığa gəlməməklə məyusedici səhvə yol verib.
AzVision.az xəbər verir ki, “American Conservative” nəşrinin şərhçisi Co Baydenin prezidentlik fəaliyyətinin nəticələrini belə qiymətləndirib.

"Prezident kimi Bayden ən pis şəkildə özünü Avropada göstərdi. Burada onun ən pis səhvləri Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü üçün səy göstərmək və müharibədən döyüş əməliyyatlarından əvvəl Vladimir Putinlə danışıqlardan imtina etməsi oldu”, - qəzetdə dərc edilən məqalənin müəllifi vurğulayır.

Bayden Trampa görə Konstitusiyanı dəyişməyə çağırıb - VİDEO
Xatırladaq ki, həmvətənlərinə qısa vida nitqi ilə tele-müraciət edən Co Bayden qazandığı uğurları sadalasa da, ümumiyyətlə, Rusiyanın adını çəkməyib. Təxminən 15 dəqiqəlik çıxışında beynəlxalq gündəmdən danışarkən NATO-nun güclənməsi, Kiyevə dəstək, Çinlə rəqabət və Yaxın Şərqdəki münaqişə məsələlərinə toxunub. Onun müraciətində ən diqqətçəkən məqamlardan biri isə ABŞ Konstitusiyasının dəyişdirilməsi zərurətini vurğulaması olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Bayden   Putin   səhv  





Xəbər lenti