Bayden: "Ukraynada öldürüləcəyimdən narahat idim"

      Bayden:    "Ukraynada öldürüləcəyimdən narahat idim"
  17 Yanvar 2025    Oxunub:432
Yanvarın 20-də ABŞ prezidenti vəzifəsini tərk edəcək Cozef Bayden diqqət çəkən fikirlər səsləndirib.
MSNBC telekanalının yaydığı məlumata görə, siyasətçi 2023-cü ilin fevralında Kiyevə əvvəlcədən elan olunmamış səfəri zamanı həyatına sui-qəsd olacağından qorxurmuş.

Bayden Kiyevdə
Jurnalist Baydendən ABŞ-nin nəzarət edə bilmədiyi bir bölgəyə, hətta döyüş zonası sayılan ərazilərə getməyə necə qərar verməsini soruşub. Ağ Ev rəhbəri cavab verib ki, Rusiyanın Amerika prezidenti ilə "haqq-hesab aparmağa" çalışacağını düşünmürmüş.

"Mən bir şeydən narahat idim ki, Ukraynada rusların nəzarəti altında olan və ya onlarla əməkdaşlıq edən radikal ünsürlər buna cəhd edə bilərlər", - Bayden etiraf edib.

ABŞ-nin ən yaşlı prezidenti həmçinin Kiyevə səfəri zamanı onu “ən yaxşı adamlarının” müşayiət etdiyini də vurğulayıb.

Xatırladaq ki, Cozef Bayden 2023-cü ilin fevralın 20-də gözlənilmədən Kiyevə səfər etmişdi. Bu, ABŞ liderinin Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Kiyevə ilk səfəri idi. Ağ Ev rəhbəri səhər saatlarında Polşadan qatarla Ukraynaya keçmişdi. Onun Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra şəhərin mərkəzində gəzintiyə çıxması diqqət çəkmişdi.

"Bloomberg"in məlumatına görə, Baydeni Vaşinqtondan uçan zaman təyyarədə milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan, həmçinin səfər təfərrütalarını gizli saxlayacaqlarına söz vermiş iki jurnalist müşayiət edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Ukrayna  





Xəbər lenti