Siyasətçinin
sözlərinə görə, bundan sonra üç məşhur aktyor- Con Voyt, Silvester Stallone, Mel Gibson son 4 ildə biznesinin böyük hissəsini bəzi xarici ölkələrə itirmiş Hollivudu geri qaytarmalıdır.
"Mən Con Voyt, Mel Gibson və Silvester Stalloneni Kaliforniya ştatının gözəl, lakin xeyli problemli ərazisi olan Hollivud şəhərinə xüsusi səfirlər elan etməkdən şərəf duyuram. Bu üç çox istedadlı insan mənim gözüm və qulağım olacaq və onların dediklərini edəcəyəm. Amerika Birləşmiş Ştatlarının özü kimi Hollivudun da "qızıl dövr"ü yenidən başlayacaq", -ABŞ-nin yeni seçilmiş prezidenti yazıb.
Aktyorlar hələlik yeni təyinatlar ilə bağlı heç bir açıqlama verməyiblər.
Xatırladaq ki, bir müddət əvvəl ulduz aktyor Eva Lonqoriya Trampın seçkilərdə qalib gəlməsindən sonra ABŞ-ni
tərk etmişdi.
Tural Tağıyev
AzVision.az