Orban: “Rusiyaya qarşı sanksiylar tezliklə ləğv olunacaq”

      Orban:    “Rusiyaya qarşı sanksiylar tezliklə ləğv olunacaq”
  17 Yanvar 2025    Oxunub:359
Macarıstan əmindir ki, Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Qərb Rusiyaya qarşı sanksiyaları ləğv edəcək və onunla normal münasibətlər quracaq.
AzVision.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban “Kossuth” 2025-ci ilin perspektivlərini şərh edərkən belə deyib.

“Ən əsası odur ki, dəyişən vəziyyətə görə, ilk növbədə, müharibə, sülh və sanksiyalar məsələlərində yeni dövr başlayacaq. Sanksiyalar pəncərədən atılacaq, Rusiya ilə sanksiyasız münasibətlər sistemi qurulacaq”, - Viktor Orban bildirib.

Eyni zamanda, Macarıstanın baş naziri qeyd edib ki, bunun üzərində hələ işləmək lazımdır. Çünki Avropa İttifaqı (Aİ) liderləri mövqelərini dəyişmirlər və iddialara görə, Ukraynada müharibənin davam etdirilməsini dəstəkləyirlər. Amma Viktor Orban bunun keçib gedəcəyinə əmin olduğunu vurğulayıb.

Macarıstanın baş nazirinin belə nikbinliyi fonunda avropalı məmurlara istinad edən “Financial Times” qəzeti Belçika kralının fərmanı əsasında Rusiyaya qarşı sanksiyaların saxlanması planının hazırlandığını yazıb.

- Hələlik Aİ rəsmiləri Macarıstanın baş naziri Viktor Orbanı sanksiyaları uzatmağa və Rusiyanın Aİ-dəki dövlət aktivlərini dondurulmuş vəziyyətdə saxlamağa inandırmağa çalışırlar. Söhbət, xüsusilə Rusiyanın Belçikadakı “Euroclear” mərkəzində yerləşdirdiyi 190 milyard avroluq aktivlərindən gedir. Sanksiyalar götürülsə, bu pul ertəsi gün Rusiyada olacaq. Çünki maliyyə vasitəçilərinin onları saxlamağa heç bir əsası qalmayacaq”, - avropalı məmurlardan biri qəzetə bildirib.

Məhz bu baxımdan, Aİ Belçika Kralının müharibə dövrü ilə bağlı 1944-cü ildə verdiyi fərmandan istifadə edərək belə ehtiyat planı təklifi gündəmə gətirilib. Müzakirələrdə iştirak edən dörd məmur nəşrə bildirib ki, bu, Kral Filipə aktivlərin ölkədən çıxarılmasının qarşısını almağa imkan verir.

Belçika Kralının sarayı belə bir təkliflə müraciət edilib-edilmədiyi barədə nəşrə məlumat verməkdən imtina edib. “Euroclear” mərkəzi də bununla bağlı şərh verməkdən boyun qaçırıb. Belçikanın Xarici İşlər nazirliyi isə ölkəsinin “Rusiyaya qarşı sanksiyaların bərpası ilə bağlı razılığa gəlmək üçün mümkün olan hər şeyi etdiyini” bildirib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Orban   Rusiya   Belçika  





Xəbər lenti