Varşavaya səfər edən Böyük Britaniya hökumətinin başçısının səfər proqramına müdafiə paktı və onun icrası ilə bağlı danışıqlar daxildir.
“Kir Starmer bildirib ki, Polşa ilə Böyük Britaniya arasında hərbi müqavilə bir çox məsələləri əhatə edəcək. Pakt Rusiyanın qarşısının alınması və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığı nəzərdə tutur”, - qəzet yazıк.
Ukrayna və Britaniya 100 illik tərəfdaşlıq haqqında Saziş imzalayıb |
Xatırladaq ki, əvvəllər Böyük Britaniya Almaniya və Fransa ilə belə müqavilələr bağlayıb. Dünən isə Kir Starmer və Ukrayna prezidenti Vladimir Zelenski 100 illik ortaqlıq haqqında saziş imzalayıblar. Müqavilənin imzalanma mərasimi Kiyevdə baş tutub. Sənəd Böyük Britaniyaya Ukraynada öz hərbi bazalarını və onun limnalarda öz hərbi gəmilərini yerləşdirməyə icazə verir.
Sahil İsgəndərov
AzVision.az