Pezeşkiyan: "Kənar qüvvələr regionda problemlər yaradır"

      Pezeşkiyan:    "Kənar qüvvələr regionda problemlər yaradır"
  17 Yanvar 2025    Oxunub:311
"Regionda meydana gələn istənilən problemin həlli, əlbəttə, yalnız region ölkələrinin özləri tərəfindən həyata keçirilməlidir".
Bu sözləri İran Prezidenti Məsud Pezeşkiyan Moskvada Rusiya lideri Vladimir Putinlə görüşü əsnasında dilə gətirib. O vurğulayıb ki, kənar qüvvələr regionda sabitliyi pozurlar.

İran dövlət başçısı həmçinin Rusiya ilə əlaqələr barədə də danışıb.

"Moskva ilə ikitərəfli münasibətlərimiz strateji əhəmiyyətə malikdir. İran bu sıx dialoqu qorumaq niyyətindədir", - o deyib.
İran XİN: "Cənubi Qafqazda sülh üçün bütün imkanlardan istifadə edəcəyik"

Məlumata görə, bugünkü görüşün yekununda tərəflər Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar.

İran tərəfinin "regiondakı kənar qüvvələr"dən narahatlığı Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə əlaqədardır. Çünki Tehranın fikrincə, regional məsələlər İran, Rusiya, Türkiyə, Ermənistan, Türkiyə və Azərbaycanı birləşdirən "3+3" formatında müzakirə olunmalıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Rusiya   Qafqaz   münasibətlər  





Xəbər lenti