Avropa Trampın planlarına cavab verəcək

Avropa Trampın planlarına cavab verəcək
  20 Yanvar 2025    Oxunub:378
ABŞ-nin Avropa mallarına əlavə rüsumlar tətbiq etməsinə sərt reaksiya olmalıdır.
AzVision.az xəbər verir ki, Fransanın Xarici İşlər naziri Jan-Noel Barro “Ouest-France” belə iddia irəli sürüb.

“Maraqlarımıza toxunulsa, dəmir iradə ilə cavab verəcəyik. Qeyri-qanuni və ya ədalətsiz hərəkətlər olsa, cavab tədbirləri görəcəyik. Heç kim Avropa İttifaqı ilə münaqişəyə girməkdə maraqlı deyil”, - fransalı nazir bildirib.

Tramp Avropa İttifaqına ultimatum verib
Barro xatırladıb ki, bir çox ABŞ şirkətləri Avroa İttifaqında (Aİ) fəaliyyət göstərir və avropalılardan rüsumların artırılması halında, Amerika şirkətləri itirəcək və orta səviyyəli amerikalıların alıcılıq qabiliyyəti azalacaq.

Bundan əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp, Aİ üçün heç bir istisna olmadan, müttəfiqlərin mallarına 10%-ə qədər idxal rüsumları tətbiq etmək niyyətini açıqlamışdı. O, Brüsselin Amerika neftinin və qazının alış həcmini artırmayacağı təqdirdə belə bir ssenarini nəzərdə tutur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Avropa   rüsumlar  





Xəbər lenti