Rusiya müəssisələrinə hava hücumu olub - VİDEO

Rusiya müəssisələrinə hava hücumu olub  - VİDEO
  20 Yanvar 2025    Oxunub:431
Bu gün gecə və səhər saatlarında Ukraynanın pilotsuz təyyarələri Rusiyanın Tatarıstan Respublikasında və Kaluqa vilayətində sənaye müəssisələrinə hücum edib.
AzVision.az bildirir ki, yerli hakimiyyət orqanları bu barədə məlumat versə də, onların hansı müəssisələr olduğunu açıqlamayıb.

“Bu gün səhər saatlarında respublikanın sənaye müəssisələrinə düşmənin pilotsuz uçan aparatları ilə hücuma cəhd edilib. Bir sıra mühafizə tədbirləri görülüb. Nəticədə bütün PUA-lar zərərsizləşdirilib. Tələfat və dağıntı yoxdur”, - Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanovun mətbuat xidmətinin rəhbəri deyib.

Eyni zamanda, yerli KİV-lər iri aviasiya sənayesi müəssisələrinin fəaliyyət göstərdiyi Kazanın Aviasiya inşaatı rayonunda bir neçə partlayış dalğası barədə məlumat yayıb. Pilotsuz təyyarənin hücumu səbəbindən Kazan və Nijnekamsk hava limanlarının işi dayandırılıb.
Rusiyanın bəzi teleqram kanalları dronların adına Kazandakı Qorbunov adına Aviasiya zavoduna hücum etdiyini bildirib. Burada strateji raketdaşıyan bombardmançı Tu-160 və uzaqmənzilli raket daşıyan bombardmançı Tu-22M3M/Tu-22M3 təyyarələri istehsal və təmir olunur.

Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa müəssisələrdən birinə hücum nəticəsində yanğının baş verdiyini açıqlayıb.

“Kaluqa şəhərinin kənarında PUA-nın parçaları müəssisənin ərazisinə düşüb. Kiçik yanğın tez bir zamanda söndürüldü”, - qubernator sosial şəbəklərdə paylaşım edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: PUA   Tatarıstan   Kaluqa  





Xəbər lenti