Barro: "Əsirlikdəki vətəndaşlarımızın xilası üçün səy göstəririk" - VİDEO

   Barro:    "Əsirlikdəki vətəndaşlarımızın xilası üçün səy göstəririk" -    VİDEO
  20 Yanvar 2025    Oxunub:390
"Qəzza zolağında HƏMAS qruplaşması tərəfindən əsir saxlanılan Fransa-İsrail vətəndaşları: 54 yaşlı Ofer Kalderon və 50 yaşlı Ohad Yahalominin tezliklə azadlığa buraxılmaları üçün danışıqlar aparırıq".
Bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Barro "BFM TV" xəbər telekanalına açıqlamasında dilə gətirib. O bildirib ki, əsirlərin sağlamlıq vəziyyəti və saxlanma şəraiti ilə bağlı hər hansı məlumat yoxdur.

"Fransa hökuməti Qəzzada əsir mübadiləsini nəzarətdə saxlayır. Vətəndaşlarımız azadlığa çıxanacan mübarizə aparacağıq", - o deyib.
İsrail və HƏMAS arasında ilk əsir mübadiləsi baş tutub - VİDEO

Xatırladaq ki, gecə saatlarında İsrail və HƏMAS qruplaşması arasında əsir mübadiləsinin ilk mərhələsi həyata keçirilib. İsrail həbsxanalarında saxlanılan 90 fələstinli məhbus müqabilində HƏMAS terrorçuları 3 İsrail vətəndaşı qadını əsirlikdən buraxıblar. Fransa Prezidenti Emmanuel Makronun ötən həftə verdiyi məlumata görə, ilk mərhələdə adıçəkilən Fransa-İsrail vətəndaşları da buraxılmalı idi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   əsir-mübadiləsi   Fransa  





Xəbər lenti