Halevi: "İordan çayının qərb sahilində əməliyyatlara hazırlaşmalıyıq"

   Halevi:    "İordan çayının qərb sahilində əməliyyatlara hazırlaşmalıyıq"
  20 Yanvar 2025    Oxunub:336
"İsrail Silahlı Qüvvələri İordan çayının qərb sahilində zəruri hərbi əməliyyatlara hazırlaşmalıdır".
Bu sözləri İsrail Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-leytenant Herzi Halevi Qəzza zolağında atəşkəslə bağlı qiymətləndirmə iclasında çıxışı zamanı dilə gətirib. O vurğulayıb ki, eyni zamanda, Qəzzada da "intensiv müdafiə hazırlıqları" aparılmalıdır.

"Terrorçular İudeya və Samariya dairəsində mülki vətəndaşlarımıza zərər yetirməmiş onların qarşısını almaq mütləqdir", - deyən qərargah rəisi zabitlərə bu istiqamətdə planlar hazırlamağı tapşırıb.
İsrail və HƏMAS arasında ilk əsir mübadiləsi baş tutub - VİDEO

Xatırladaq ki, ötən günlərdə Qəzza zolağında İsrail və Fələstinin HƏMAS terror təşkilatı arasında atəşkəs razılaşması baş tutub. Qəzza zolağı və İordan çayının qərb sahili (İudeya və Samariya dairəsi) İsrail ilə Fələstin arasında mübahisəli ərazilərdir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Fələstin   münaqişə  





Xəbər lenti