Milyarderlərin sərvəti 2024-cü ildə 2 trilyon dollar artıb
Təşkilatın statistikasına görə, 2024-cü ildə milyarderlərin sayı 2565-dən 2769-a yüksəlib. Onların ümumi sərvəti 13 trilyon dollardan 15 trilyon dollara qədər qalxıb. Eyni zamanda, 1990-cı ildən bəri yoxsulluq şəraitində yaşayan insanların sayı faktiki olaraq dəyişməyib - 3,6 milyard nəfər, bu, dünya əhalisinin 44 faizinə bərabərdir.
Bundan əlavə təşkilat hesab edir ki, dünyada artan bərabərsizliyi azaltmaq üçün hər yerdə vergi siyasətində islahatlar aparmaq lazımdır.
2024-cü ildə milyarderlərin sərvətinin 2 trilyon dollar artması, qlobal iqtisadiyyatdakı müəyyən trendlərin və bazarların yüksəlişinin nəticəsi olduğu hesab edilir.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: milyarderlər