Tramp inauqurasiyadan sonra Ukrayna ilə bağlı ilk açıqlamalarını verib

Tramp inauqurasiyadan sonra Ukrayna ilə bağlı ilk açıqlamalarını verib
  21 Yanvar 2025    Oxunub:382
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə verdiyi açıqlamada diqqət çəkən fikirlər səsləndirib.
Bu, siyasətçinin andiçmədən sonra Ukrayna müharibəsi ilə bağlı ilk açıqlamaları olub.

Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Tramp ötən il prezidentliyə namizəd kimi Ukraynada müharibəni 24 saata bitirə biləcəyi ilə bağlı verdiyi açıqlamalarını xatırladıb. Eyni zamanda Tramp bu məqsədə çatmaq üçün hələ yarım gün vaxtının da olduğunu qeyd edib.

"Biz bunu mümkün qədər tez etməyə çalışacağıq. Bilirsiniz, Ukrayna ilə Rusiya arasında müharibə ümumiyyətlə başlamamalı idi", - o deyib.

O, həmçinin danışıqlar təşkil edildikdən sonra Putinlə görüşməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, proses artıq başlayıb.

Tramp ötən ilin noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində inamlı qələbə qazanıb. Onun yanvarın 20-də keçirilən andiçmədən sonra təkcə xarici siyasət, diplomatiya ilə bağlı deyil, iqtisadiyyat və daxili siyasətlə bağlı da inqilabi dəyişikliklər edəcəyi gözlənilir.

Dünən isə ABŞ-nin 47-ci prezidenti and içərək vəzifəsinin icrasına başlayıb. Mərasim təxminən min nəfərin yerləşə biləcəyi Konqresin mərkəzi salonu olan Rotundada 40 ildən sonra ilk dəfə baş tutub. Respublikaçı siyasətçi Konstitusiyaya və iki İncil kitabına əlini qoyaraq and içib.

Bununla da Tramp ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə və 1893-1897-ci illərdə) nail olmuşdu. Tramp hazırda ABŞ-ın 45-ci və 47-ci prezidentidir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Ukrayna  





Xəbər lenti