Tramp Kim Çen Ina rəğbətindən danışıb

Tramp Kim Çen Ina rəğbətindən danışıb
  21 Yanvar 2025    Oxunub:284
ABŞ-nin lideri Donald Tramp Şimali Koreya prezidenti Kim Çen Inın onun prezident postuna qayıtmasından sevinəcəyini düşünür.
AzVision.az xəbər verir ki, Ağ Evdə ilk fərmanlarını imzalayan Trampa ABŞ-nin 44-cü prezidenti Barak Obamanın andiçmə mərasimindən əvvəl ona ABŞ üçün əsas təhlükənin Şimali Koreyanın olduğunu dediyi xatırladılıb və 46-cı prezident Co Baydenin də ona oxşar sözlər deyib-demədiyi soruşulub.

“Yox. Düşünürəm ki, Şimali Koreya yaxşı ölkə oldu. Onunla çox mehriban idim. Məni bəyəndi. Ondan xoşum gəldi. Çox yaxşı anlaşdıq. Bunun böyük təhlükə olduğunu düşünürdülər. İndi Şimali Koreya nüvə dövlətidir, lakin biz onunla anlaşdıq. Düşünürəm ki, o, məni yenidən görməyə şad olacaq. Məncə, Şimali Koreyanın kondominiumlar üçün böyük imkanları var, böyük sahil xətti var”, - Tramp deyib.

Donald Tramp, həmçinin indi ABŞ-nin özündə çoxlu təhlükələrin olduğunu vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   KimÇenIn  





Xəbər lenti