Melanya inauqurasiyada qəribə şlyapası ilə hansı mesajı verib?

Melanya inauqurasiyada qəribə şlyapası ilə hansı mesajı verib?
  21 Yanvar 2025    Oxunub:397
Məşhur dizayner Erik Cavits dünən ABŞ-də təşkil olunan andiçmə mərasimi ilə bağlı diqqət çəkən açıqlamalar verib.
O, Donald Trampın inauqurasiyasında Melanya Trampın taxdığı şlyapanın stil və rənginin təsadüfən seçilmədiyini deyib. "ABC News"un yaydığı məlumata görə, Melanya bununla güclü mesaj göndərmək istəyib.

Sifarişlə xüsusi şlyapa hazırlayan Erik Cavits bildirib ki, baş geyimi Melanya Trampın şəxsiyyətini simvolizə edir və o, özündə mühafizəkar dəyərləri əks etdirib.

Trampın inauqurasiyadakı 20 yalanı
“Düşünürəm ki, indi müəyyən təmkin nümayiş etdirmək dövrüdür və həqiqətən də daha mühafizəkar dəyərlərə doğru bir növ dönüş nöqtəsidir. Məncə o, protokol haqqında az düşünməyib və çox zərif və olduqca sadə görünürdü”,- dizayner bildirib.

Cavits Melanya Trampın mərasimdə "yaratdığı" obrazın "çox güclü vizual mesaj olduğunu" söyləyib.

Xatırladaq ki, dünən ABŞ-nin 47-ci prezidenti and içərək vəzifəsinin icrasına başlayıb. Mərasim təxminən min nəfərin yerləşə biləcəyi Konqresin mərkəzi salonu olan Rotundada 40 ildən sonra ilk dəfə baş tutub. Respublikaçı siyasətçi Konstitusiyaya və iki İncil kitabına and içib.

Bununla da Tramp ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə və 1893-1897-ci illərdə) nail olmuşdu. Tramp hazırda ABŞ-ın 45-ci və 47-ci prezidentidir.
Mərasimə qatılan Trampın həyat yoldaşı fərqli baş geyimi ilə xarici KİV-in diqqətini çəkib.

Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Tramp   Papaq   İnauqurasiya  





Xəbər lenti