Ukrayna yeni ərazilər itirmək təhlükəsi ilə üzləşib

Ukrayna yeni ərazilər itirmək təhlükəsi ilə üzləşib
  21 Yanvar 2025    Oxunub:350
Ukrayna Silahlı Qüvvələri (USQ) Donetsk vilayətində Toretsk, Çasov Yar və Velikaya Novoselka şəhərlərini Rusiyanın aylardır davam edən hücumlarından qoruyaraq inadla döyüşür. Lakin Ukrayna hərbçilərinin səylərinə baxmayaraq, bu üç şəhər yaxın günlərdə və ya həftələrdə itirilə bilər.
AzVision.az xəbər verir ki, Almaniyanın “Bild” tabloid-qəzetinin hərbi şərhçisi Yulian Röpke belə bədbin proqnoz səsləndirib.

Baxmutsk rayonundakı Toretskin - bu yaşayış məntəqələrinin ən böyüyü – müdafiəsi 2024-cü ilin iyununda başlayıb və bu müddət ərzində şəhər faktiki olaraq xarabalığa çevrilib. Müharibədən əvvəl orada 30 mindən çox insan yaşayırdı.

“Şəhərin 95%-i işğal olunub. Biz sonuncu şaxtanı qoruyuruq”, – USQ-nin Toretski müdafiə edən “ASP qrupu” bir gün əvvəl açıqlayıb.

Ukrayna ordusunun Baş Qərargahının son hesabatında Toretsk istiqamətində düşmənin Toretsk, Krımsk, Diliyevka, Şerbinovka və Ozaryanovka yaxınlığında 17 hücum həyata keçirdiyi bildirilir.

Yulian Röpkenin iddiasına görə, əvvəllər 12 min nəfərin yaşadığı Baxmut rayonundakı Çasov Yar da rus bölmələri tərəfindən ələ keçirilmək təhlükəsi altındadır. Ötən ilin aprelindən şəhərin hücuma məruz qalmasına baxmayaraq, bir neçə yüz sakin hələ də orada qalır. Ukraynanın “DeepState” analitik mərkəzi Rusiyanın artıq Çasov Yar ərazisinin 60%-ni işğal etdiyini bildirib.

- Rusiya qoşunları ən böyük çoxmərtəbəli rayonu və metallurgiya zavodunu ələ keçirib, Ukrayna qüvvələri isə şəhərin inzibati mərkəzinə və bir neçə daça ərazisinə nəzarət edir”, - mərkəzin açıqlamasında deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, öz növbəsində, Kramatorsk istiqamətində son 24 saat ərzində Çasovoy Yar ərazisində və Stupoçek yaxınlığında 9 toqquşmanın olduğunu bildirib.

Həmçinin, Donetsk vilayətinin Volnovaxa rayonundakı Velikaya Novoselkanın üç tərəfdən mühasirəyə alındığı söylənilir. Şəhər strateji əhəmiyyətə malik olan bu şəhər Dnepropetrovsk vilayətinin sərhədlərindən cəmi 17 km məsafədə yerləşir. Rus istilasına qədər orada 5,5 min insan yaşayırdı. Ciidi istehkamlara hücum etməmək üçün Rusiya ordusunun bölmələri cinahdan Velikaya Novoselkadan yan keçiblər.

Hərbi analitik Yan Matveyevin dediyinə əsasən, şəhərə hücum dünən başlayıb və Velikaya Novoselkaya gedən 4 yolun hər biri Rusiyanın nəzarətindədir.

“USQ-nin yalnız bir yolu qalıb - şimal-qərbə çəkilmək və bu yerdə kifayət qədər geniş olan “Mokrıye Yalı” çayını keçmək. Təbii ki, Velikaya Novoselka böyük qəsəbədir, orada çoxmərtəbəli binalar, hətta kiçik stadion da var. Nəzəri baxımdan, orada demək olar ki, şəhər döyüşləri aparmaq mümkündür - rus qoşunları hələ bu məhəllələrə heç yaxınlaşmayıb. Lakin tam mühasirə təhlükəsi ağır döyüşlər başlamazdan əvvəl komandirləri batalyonların qalıqlarını geri çəkməyə məcbur etməlidir. Ona görə də düşünürəm ki, yaxın günlərdə, hələ bəlkə də saatlarda, kənd ələ keçəcək”, - Matveyev vurğulayıb.

Onun yazdığına görə, bu ərazini qorumaq üçün USQ-nin kifayət qədər adamı yoxdur: mövqeləri “ciddi əlavələr olmadan” bir neçə ərazi müdafiə batalyonu tutur. Velikaya Novoselkaya hücum keçən ilin noyabrında başladığından ümumilikdə döyüş təxminən iki ay çəkdi. Hazırda Ukrayna ordusunun ən yaxın yeni müdafiə xətləri Burlatskoye - Privolnoye - Novoselka xəttidir.

Amerikanın “Müharibənin Tədqiqi İnstitutu”nun (ISW) məlumatına görə, 2024-cü ildə rus qoşunları 4168 kv. km ərazini tutblar. Bu ərazilərin böyük hissəsi əsasən Ukraynada və Rusiyanın Kursk vilayətində əsasən tarlalar və kiçik yaşayış məntəqələridir. Eyni zamanda, ötən il canlı qüvvə itkilərinin 420 min nəfər təşkil etdiyi bildirilir.

- Ötən il Rusiya ordusu hər işğal etdiyi kvadrat kilometrü üçün orta hesabla 102 hərbçi itirib. Moskva sentyabr-noyabr aylarında ən böyük tərəqqiyə nail olub, ərazi qazanclarının 56,5%-ni təmin edib və təxminən 125,800 hərbi qulluqçusunu itirib. Ötən ilin dekabr ayında isə Rusiyanın irəliləməsi yavaşıyıb. Geolokasiya məlumatlarına görə, rus qoşunları cəmi 593 kv. km km). atmetr ərazini (gündə 18,1 kv. km) işğal edib. Rusların gündəlik itkiləri yüksək olaraq qalır - orta hesabla gündə 1585 nəfər”, - ISW-nin hesabatında deyilir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ukrayna   ərazilər   itkilər  





Xəbər lenti