"İslami Cihad" bir neçə israilli girovu azad etdiyini açıqlayıb

"İslami Cihad" bir neçə israilli girovu azad etdiyini açıqlayıb
  21 Yanvar 2025    Oxunub:471
"İslami Cihad" tezliklə bir neçə israilli girovu azad etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bunu onun hərbi hissəsi olan "Sərəya əl-Qüds" qruplaşmasının rəsmi nümayəndəsi Əbu Həmzə bildirib. Onun sözlərinə görə, qrup atəşkəs razılaşmasının şərtlərinə əməl edir və əsirlərin mübadiləsində iştirak edir.

Qeyd edək ki, yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. Döyüşlər İsrail və Fələstin hərəkatı arasında razılaşmanın bir hissəsi kimi dayandırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti