Bezosun sevgilisinin busqalteri inauqurasiyadan çox müzakirə olunur
22 Yanvar 2025
Oxunub:335
Milyarder Cef Bezosun sevgilisi Lauren Sançez dünya mediasının gündəminə çevrilib.
Buna səbəb Laurenin ABŞ-nin 47-ci prezidenti Donald Trampın andiçmə mərasiminə köynəksiz- görünən büstqalterlə qatılması olub. Bezosun sevgilisi sosial şəbəkələrdə tənqidlərlə üzləşib. "The İndependent"in yaydığı məlumata görə, Lauren artıq qınaq şərhlərinə reaksiya verib.
"55 yaşlı Lauren Sançez rəsmi tədbirə ağ "Alexander McQueen" brendli şalvarı və krujevalı büstqalterdə qatılıb. Bu təbii olaraq internet istifadəçilərinin narazılığına səbəb olub. O, "xeyter"lərə (nifrət, aqressiv şərh yazanlar-red.) cavab verməsə də, pərəstişkarlarının dəstək sözlərini əks etdirən şərhlərini bəyənib",- məqalədə yazılıb.
Qeyd edək ki, bundan öncə Donald Trampın həyat yoldaşı Melanya Tramp inauqurasiyada taxdığı şlyapası ilə müzakirələrə səbəb olmuşdu. Dizaynerlər onun baş geyiminin stil və rənginin təsadüfən seçilmədiyini deyiblər. "ABC News"un yaydığı məlumata görə, Melanya bununla güclü mesaj göndərmək istəyib. Tural Tağıyev AzVision.az