“Bir az birinə, bir az da digərinə təzyiq göstərib hər iki tərəfi sülhə məcbur etmək siyasəti yeritdiyiniz sistemdən əmin deyiləm. Sonda qorxuram ki, heç bir tərəf bunu qəbul etməsin. Rusiya və Ukrayna kiçik ölkələr deyil və hər iki tərəf qərarların bu qədər asan qəbul edilməsi üçün çox şey itirib”, - Aleksandr Vuçiç Davos Dünya İqtisadi Forumu çərçivəsində serb jurnalistlərlə söhbəti zamanı vurğulayıb.
Kit Kelloq Kiyevə səfərini gözlənilmədən ləğv edib |
- Ona görə də ona uğurlar arzulayıram və bunun baş verməsi üçün ona köklənirəm. Mən bunun baş verəcəyini düşünürəmmi? Allah bizə kömək olsun”, - Serbiyanın lideri deyib.
Qeyd edək ki, bundan əvvəl “The Wall Street Journal (WSJ)” nəşri Trampın Ukrayna üzrə öz xüsusi elçisi Kit Kelloqa müharibəni 100 günə bitirməyi tapşırdığını yazıb.
Maraqlıdır ki, Donlad Trampın “100 gün” planına skeptik yanaşma sərgiləyən Aleksandr Vuçiç Davos Dünya İqtisadi Forumunda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən sonra Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə çox yaxın olduğunu iddia edib.
“TV Pink” telekanalının efirində hansı ölkənin Aİ üzvlüyünə daha yaxın olduğu barədə sualın cavabında üstünlüyü Ukraynaya verib: “Biz Ukraynada sülhdən danışdıq, Avropa yolunda bizdə də, onlarda da olan bəzi məqamlar haqqında danışdıq. Beləliklə, müəyyən bir ortaq məxrəc tapdıq... Siyasi baxımdan Ukrayna, hər halda, bu, məntiqlidir, yəqin ki, Aİ üzvlüyünə ən yaxın olanıdır, lakin biz bu yolda daha çox uzaqdayıq”.
Sahil İsgəndərov
AzVision.az