Suren Papikyan haradadır?

   Suren Papikyan    haradadır?
  23 Yanvar 2025    Oxunub:341
Ermənistanın Müdafiə nazirliyində qurumun rəhbəri Suren Papikyanın ölkəni tərk etməsi ilə bağlı şayiələr yayılıb.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, nazirliyin kollegiyasının dünənki iclasına Papikyanın əvəzinə onun birinci müavini, Baş Qərargah rəisi Edvard Asryanın sədrlik etməsindən sonra şaiyələr daha da güclənib.

Bundan əvvəl Papikyanın Ermənistanın baş naziri Nikol Paşinyanla “xoşagəlməz söhbəti” olduğu bildirilirdi. Buna səbəb Müdafiə nazirinin Hindistandan raket silahlarının tədarükünə dair müqaviləyə görə təxminən 100 milyon dollar rüşvət alması barədə məlumat olub.

Həmçinin bəlli olub ki, Hindistan tərəfi erməni nümayəndələrinin BRİCS sammiti çərçivəsində baş nazirlər Narendra Modi və Nikol Paşinyan arasında görüş təşkil etmək təklifinə məhəl qoymayıb.

Ermənistan KİV-lərinin iddiasına görə, raket silahlarının Ermənistana tədarükünə dair müqavilə bağlanarkən böyük məbləğdə korrupsiya halı barədə qalmaqallı xəbərlərdən Hindistanda son dərəcə narazıdırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Papikyan   istefa  





Xəbər lenti