Peskov: Ermənistan hələ KTMT-dən çıxmaq niyyətini açıqlamayıb

  Peskov:  Ermənistan hələ KTMT-dən çıxmaq niyyətini açıqlamayıb
  23 Yanvar 2025    Oxunub:343
"Ermənistan hələ ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyətini açıqlamayıb".
AzVision.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

İrəvan KTMT ilə münasibətlərin “buz”unu əritmək istəmir
“KTMT öz effektivliyini və aktuallığını sübut edən müstəqil, yetkin bir təşkilatdır. Prezident və baş nazir arasında son telefon danışığı zamanı bu mövzu müzakirə olunmayıb”, – Peskov bildirib.

Qeyd edək ki, Ermənistanın KTMT-də üzvlüyünü dayandırması qərarı Rusiyada kəskin tənqid edilib. KTMT-nin 2003-2016-cı illər arasında baş katibi olmuş Nikolay Bordyuja bu addımı “nəhəng səhv” kimi xarakterizə edib və vurğulayıb ki, Ermənistan uzun illər ərzində həm Rusiya, həm də KTMT üzvlərindən “böyük dəstək” görüb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   KTMT  





Xəbər lenti