Tramp Meksika sərhədinə 10 min əsgər göndərməyə hazırlaşır

Tramp Meksika sərhədinə 10 min əsgər göndərməyə hazırlaşır
  23 Yanvar 2025    Oxunub:321
ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhədə 10 minə yaxın hərbçi yerləşdirməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Gömrük və Sərhəd Mühafizəsinin sənədlərinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, sərhəddə hərbi mövcudluğun artırılması bir neçə mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə minə yaxın hərbçinin yerləşdirilməsi planlaşdırılır.

Tramp Meksika və Kanadadan gələn mallara 25% rüsum tətbiq edəcək
ABŞ Müdafiə Naziri vəzifəsini icra edən Robert Salesses ordunun qeyri-qanuni immiqrasiya ilə mübarizəsi üçün Meksika ilə sərhədin qərb hissəsinə əlavə 1500 əsgər, helikopter və hərbi kəşfiyyat bölmələri yerləşdirəcəyini açıqlayıb.

Xatırladaq ki, bundan öncə Donald Tramp bazar ertəsi Meksika ilə sərhəddəki vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edəcəyini və ora qoşun göndərəcəyini bildirib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ   Meksika  





Xəbər lenti