Zurabişvili Saakaşvilini niyə əfv etmədiyinin səbəbini açıqladı

Zurabişvili Saakaşvilini niyə əfv etmədiyinin səbəbini açıqladı
  23 Yanvar 2025    Oxunub:309
Gürcüstanın keçmiş rəhbəri Salome Zurabişvili prezidentlik müddətində Mixail Saakaşvilini niyə əfv etmədiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, keçmiş prezident bu barədə ABŞ-də təşkil olunan konfransda bildirib.

“Saakaşviliyə gəlincə, düşünürəm ki, mənim dəfələrlə ifadə etdiyim mövqeyimi hamı bilir. Onu əfv etməməyimin səbəbi bunun üçün heç bir hüquqi imkanın olmamasıdır. “Gürcü Arzusu” onu daim yeni ittihamlara məruz qoyduğundan məsələ qəlizləşib".

Onun sözlərinə görə, həbsdən çıxmaq üçün 48 saat vaxt lazımdır, lakin Saakaşvili ilə bağlı daha üç yeni cəza təhlükəsi var idi.

“O, yalnız “Gürcü Arzusu” hakimiyyətdən gedəndə həbsdən çıxacaq. Bu, reallıqdır”, o əlavə edib.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana qayıdıb, orada saxlanılıb və sərhədi qanunsuz keçməkdə ittiham olunub. 2022-ci ilin may ayında səhhətinin pisləşməsi ilə əlaqədar Tbilisidəki özəl Vivamed klinikasına köçürülüb və hələ də orada qalır.

AzVision.az



Teqlər:





Xəbər lenti