Cənubi Koreya prezidentinin həbsi uzadıla bilər

Cənubi Koreya prezidentinin həbsi uzadıla bilər
  24 Yanvar 2025    Oxunub:541
Cənubi Koreya prokurorluğu məhkəmədən ölkə prezidenti Yun Sok Yelin həbs müddətinin uzadılmasını istəyib.
AzVision.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hüquq dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Cənubi Koreya prezidenti həbsdə qaldı
Prokurorluğun hərbi vəziyyətlərdə cinayət işləri ilə məşğul olan xüsusi qrupu yanvarın 23-də Seul Mərkəzi Rayon Məhkəməsinə müraciət edərək, həbs müddətinin fevralın 6-dək uzadılmasını istəyib.

Xatırladaq ki, dekabrın 3-də Yun Sok Yel müxalifəti qiyamda günahlandıraraq gecə saatlarında hərbi vəziyyət elan etmişdi. Halbuki, müxalifətin üstünlük təşkil etdiyi parlament bu qərarı təsdiqləməmiş, prezident də elanı geri çəkmişdi. Nəticədə müxalifət onun impiçmenti prosesinə başlamış, dövlət başçısının həbsinə order verilmişdi. O, yanvarın 15-də yerli vaxtla saat 10:33-də həbs edilib. Bu, ölkə tarixində görünməmiş bir hal hesab olunur.

Həmidə İbrahimova
AzVision.az




Teqlər:   CənubiKoreya  





Xəbər lenti