Lukaşenko: "Ümidlənməyin, 2020-ci il hadisələri təkrarlanmayacaq!"

   Lukaşenko:    "Ümidlənməyin, 2020-ci il hadisələri təkrarlanmayacaq!"
  25 Yanvar 2025    Oxunub:460
"Belarusda 2020-ci ildə keçirilmiş prezident seçkilərindən sonrakı etirazlar təkrarlanmayacaq".
Rusiya mediasının yaydığı məlumata görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən "Birlik Marafonu" aksiyası zamanı deyib.

"Bizdə olan diktatura Kiyevdəki demokratiyadan yaxşıdır" - Lukaşenko
“Bütün rəqiblərimiz və düşmənlərimiz bunu başa düşməlidirlər. Ümidlənməyin! Biz 2020-ci ildə baş verənləri heç vaxt təkrarlamayacağıq”, - o qeyd edib.

Siyasətçinin sözlərinə görə, ölkəsi heç vaxt əsl demokratiya və insan hüquqlarına hörmət yolundan dönməyəcək.

O qeyd edib ki, Belarus hakimiyyəti heç kimin ağzını yummamalı və kimsəni getmək istəmədikləri yerə zorla sürükləməməlidir.
"Ölkədə insanların bir-birinə hörmət edəcəyi ədalət cəmiyyət yaradılacaq”, - Lukaşenko əlavə edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Belarus   Lukaşenko  





Xəbər lenti