WP: “ABŞ Suriya hakimiyyətinə məxfi məlumatlar ötürür”

      WP:    “ABŞ Suriya hakimiyyətinə məxfi məlumatlar ötürür”
  25 Yanvar 2025    Oxunub:521
Vaşinqton İŞİD təhlükəsi barədə məxfi kəşfiyyat məlumatlarını Suriya hökuməti ilə bölüşür.
AzVision.az bildirir ki, məlumatlı mənbələrə istinad edən “The Washington Post” qəzeti belə xəbər yayıb.

“Bir dəfə ABŞ kəşfiyyatı İŞİD-in bu ayın əvvəlində Dəməşq yaxınlığındakı dini sayta hücum etmək planının qarşısını almağa kömək göstərib”, - nəşr yazıb.

Qəzetin iddiasına görə, kəşfiyyat məlumatlarının mübadiləsi ötən ilin dekabrında başlayıb və İŞİD-in dirçəlişinin qarşısının alınmasında qarşılıqlı maraqdan irəli gəlir.

- Hətta maraqlarımız tam üst-üstə düşməyəndə belə, bəzi hallarda biz kəşfiyyat məlumatlarını bölüşməyə borcluyuq”, - keçmiş məmurlardan biri “WP” nəşrinə deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Suriya   İŞİD  





Xəbər lenti