Amerikalı jurnalist: “Makronun arvadı əslində kişidir”

// Kendis Ouens əlindəki sənədləri yanvarın 30-da açıqlayacaq

   Amerikalı jurnalist:    “Makronun arvadı əslində kişidir”
  26 Yanvar 2025    Oxunub:1129
Amerikalı jurnalist, “Fox News” kanalının əməkdaşı Kendis Ouens (Candace Owens) Fransa prezidenti Emmanuel Makronun arvadı Bricitin dünyaya gələrkən kişi cinsindən olduğunu iddia edir. Onun sözlərinə görə, iddiasını sübut edən sənədlər var. Jurnalist əlindəki faktları yanvarın 30-da açıqlayacağını bildirib.
Ouens sosial şəbəkə hesabında yazıb ki, sənədləri açıqlamazdan öncə Fransa prezidentindən müsahibə götürmək və arvadı ilə bağlı sualları qərəzsiz şəkildə onun özünə vermək istəyir. O, həmçinin Bricitin gənclik şəkillərini dərc etməyə çağırıb.

Bir qədər əvvəl fransalı jurnalist Nataşa Rey amerikalı həmkarına müsahibəsində Bricit Makronun əvvəllər kişi olduğunu bildirmişdi. 2024-cü ilin sentyabrında Paris məhkəməsi buna görə Nataşa Reyi 13,5 min avro məbləğində cərimə edib.


Xatırladaq ki, hazırda 71 yaşı olan Bricit ilk dəfə 21 yaşında ərə gedib. İlk əri – bankir Andre Lui Ozyerdən 3 uşağı, 7 nəvəsi var. 15 yaşlı Emmanuel Makron 1993-cü ildə onu tanıyanda Bricit 39 yaşında idi. Emmanuel onun qızı Lorans ilə bir sinifdə oxuyurdu. Onlar 2007-ci ildə evləniblər.


Kendis Ouens Bricitin əslində kişi olduğunu ilk dəfə 2021-ci ildə iddia edib. Onun və bir neçə fransız konspiroloqun versiyasına görə, əsl Bricit 1961-ci ildə, 9 yaşı olanda xəstələnib və valideynlərinin günahı üzündən ölüb. Ailəsi hüququ məsuliyyətdən yayınmaq üçün ölüm faktını gizlədib. O vaxtın Fransasında belə hallar mümkün idi. Amma sonradan ailənin oğlu Jan-Mişel Tronyö cinsini dəyişərək, bacısının yerini tutub. Jurnalistin sözlərinə görə, bugünkü Bricit ilə o vaxtkı Jan-Mişelin şəkillərinin kompüter analizi onların eyni insan olduqlarını təsdiqləyir.

Onun 21 yaşında ərə getməsinə gəlincə, fərziyyənin tərəfdarları bunun qurama nikah olduğunu iddia edirlər.


2021-ci ildə Amandin Roy adlı tanınmış fransız ekstrasens bu ehtimalı təsdiqləyən video paylaşıb. Amma həmin video “yutub”dan silinib.

Bricitin özü bu söhbətləri sakit izləməyərək, transgender olduğunu deyənləri bir-birinin ardınca məhkəməyə verir. Amma söhbətlərin ardı kəsilmir.

“Bütün faktları diqqətlə araşdırandan sonra mən onun əvvəllər kişi olduğu ilə bağlı mərcə girməyə hazıram. Əgər uduzsam, jurnalist karyeramı dayandırmağa razıyam”,- Kendis Ouens sosial şəbəkə hesabında yazıb.

Qalır yanvarın 30-nu gözləmək.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Bricit-Makron  





Xəbər lenti