Peskov: "Putin-Tramp görüşü üçün ABŞ-dən hələ siqnal almamışıq"

   Peskov:    "Putin-Tramp görüşü üçün ABŞ-dən hələ siqnal almamışıq"
  27 Yanvar 2025    Oxunub:605
"Hər halda, rəsmi Moskva ABŞ Prezidenti Donald Trampla danışmağa hazırdır".
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov mətbuata brifinqində "RİA Novosti"nin "Moskva Tramp və Putin arasında görüş keçirməyə, yaxud Rusiya Prezidenti ABŞ-də belə görüşə getməyə hazırdırmı?" sualını cavablandırarkən dilə gətirib.

"Eşitdiyimizə görə, ABŞ tərəfi də hazırdır. Görünür, müəyyən vaxt lazımdır. Görüş iki ölkə liderlərinin məqsədəuyğun saydıqları vaxtdan asılıdır", - o deyib.

Xatırladaq ki, Rusiya lideri Vladimir Putin ABŞ-li həmkarı ilə görüşməyə, hər iki ölkəni maraqlandıran bütün məsələlər ətrafında müzakirə aparmağa hazır olduğunu söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   ABŞ   prezident   görüş  





Xəbər lenti