AzVision.az xəbər verir ki, o, Pentaqonun rəhbəri Pit Heqsetə 60 gün ərzində yeni raketdən müdafiə sisteminin layihəsi və yerləşdirmə planını təqdim etməyi tapşırıb.
Tramp hesab edir ki, son 40 ildə ballistik, hipersəs və qanadlı raketlər də daxil olmaqla yeni nəsil strateji silahların təhlükəsi artıb. Məlumata görə, fərman dərc edildiyi gündən etibarən 60 gün ərzində müdafiə naziri Prezidentə yeni nəsil raketdən müdafiə qalxanının arxitekturasını və onun yaradılması planını təqdim etməlidir.
Xatırladaq ki, Donald Tramp ötən həftə ABŞ-də “Dəmir qübbə” raketdən müdafiə sisteminin yaradılacağını açıqlamışdı. O, sistemin tamamilə Amerika istehsalı olacağını vəd edib və müdafiə inkişafını onun əsas prioritetlərindən biri adlandırıb.
Həmidə İbrahimova
AzVision.az