ABŞ-nin öz “Dəmir Qübbə” si olacaq
Birinci fərmana görə, Amerikanın “Dəmir Qübbəsi”nin yaradılması prosesi başlayacaq. Güman edilir ki, yeni raketdən müdafiə sistemi (RMS) ABŞ-ni ballistik, səsdən sürətli və təkmil qanadlı raketlərdən, eləcə də havadan gələn digər təhlükələrdən qoruyacaq. Bu layihə ABŞ-yə doğru atılan raketləri izləyəcək qabaqcıl kosmik sistemlər hazırlayacaq.
İkinci sərəncama əsasən, COVID-19 peyvəndi əleyhinə çıxmaları səbəbindən tərxis edilmiş və ya buna məcbur olunmuş hərbi qulluqçuların öz vəzifələrinə bərpasını nəzərdə tutur. Üçüncüsü orduda “gender radikalizmini” aradan qaldırır, dördüncü sərəncam isə DEI (müxtəliflik, bərabərlik və hərtərəfli əhatə) xidmətlərini ləğv edir.
Qeyd edək ki, bir neçə gün əvvəl Donald Tramp “Fox News” telekanalına müsahibəsində Rusiyanı hipersəs raketlərinin yaradılması üzrə məxfi plan layihəsini Amerikadan oğurlamaqda ittiham edib.
“Onlar (Rusiya) layihəni bizdən oğurlayıblar (ABŞ), layihəni onlara hansısa pis adam verib” , - Tramp vurğulayıb.
Onun iddiasına görə, Moskva bu texnologiyalara Barak Obamanın hakimiyyəti dövründə çıxış əldə edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ "DəmirQübbə"