Revanşist Sarkisyan sərsəmlədi: "Qələbələr salnaməsi başlamalıdır"

 Revanşist Sarkisyan sərsəmlədi:  "Qələbələr salnaməsi başlamalıdır"
  28 Yanvar 2025    Oxunub:737
"Ermənistan hakimiyyəti islahatlar adı altında ordunu tamamilə məhv etməyə çalışır".
Bu fikri Ermənistanın üçüncü prezidenti, hərbi cani Serj Sarkisyan deyib.
O, milli ordunun yaradılmasının 33-cü ildönümü münasibətilə xalqa müraciətində qeyd edib ki, istənilən ordu transformasiyaya uğramalı, müasirləşməlidir. Bununla belə, hərbi cani ordunun hazırkı islahatlarına şübhə ilə yanaşdığını bildirib.

Fərarilikdən intihara: Ermənistan ordusu döyüşsüz də sürətlə azalır | ŞƏRH
"Hazırda Ermənistan rəhbərliyi islahat devizi altında ordunun “transformasiyası” adlı şübhəli prosesə başlayıb. Bu isə əslində ordunu son nəticədə məhv etmək məqsədi daşıyır. Belə addımlar ordunun onların öz imicinə bənzər formalaşdırılması cəhdidir. Bunun qarşısı nəyin bahasına olursa olsun alınmalıdır",- Serj Sarkisyan mövcud durumdan gileylənib.

Azərbaycana qarşı radikal addımları və çağırışları ilə seçilən Sarkisyan revanşist arzularını da gizlətməyib. Hərbi cani Ermənistan Silahlı Qüvvələrini əvvəlki şöhrətini bərpa etməyə və yeni qələbələr salnaməsinə başlamağa çağırıb.

Qeyd edək ki, Ermənistan 28 yanvarı Ordu Günü kimi qeyd edir. 1992-ci ilin yanvarın 28-də Vazgen Sarkisyan müdafiə naziri təyin olunandan az sonra Ordu Günü ilə bağlı qərar qəbul edilmişdi. Eyni zamanda həmin vaxt milli ordunun yaradılması elan edildi. İrəvan onilliklər ərzində Qarabağ işğalda olarkən bu günü bayram kimi geniş miqyasda qeyd edib. 2020-ci ildə ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra Ermənistan Ordu Gününü bayram kimi qeyd etmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Sarkisyan   Ordu  





Xəbər lenti