Duda “Şimal axın”larını sökməyə çağırıb

Duda “Şimal axın”larını sökməyə çağırıb
  28 Yanvar 2025    Oxunub:530
Rusiya qazının Avropaya tədarükü bərpa oluna bilməz. Hətta Moskva və Kiyev sülh razılaşması əldə etsə belə, “Şimal axını” və “Şimal axını-2” qaz kəmərləri sökülməlidir.
AzVision.az xəbər verir ki, Polşa prezidenti Ancey Duda “BBC” telekanalına müsahibəsində belə deyib.

“Mən yalnız ümid edə bilərəm ki, Avropa liderləri nəticə çıxaracaqlar bu boru kəmərləri ilə qaz nəqlini heç vaxt bərpa etməyəcəklər. “Şimal axın”ları sökülməlidir. Bu boru kəmərləri Ukrayna, Polşa, Slovakiya və digər Mərkəzi Avropa ölkələri üçün çox böyük təhlükə yaradır. Bu, enerji baxımından, hərbi baxımdan təhlükədir, eyni zamanda böyük iqtisadi təhlükədir, çünki iqtisadi mənada Rusiyanın Avropa üzərində hökmranlığı deməkdir”, - Polşa prezidenti iddia edib.


Xatırladaq ki, Rusiyadan Avropaya qaz ixrac edən iki marşrutda - “Şimal axını” və “Şimal axını - 2” boru kəmərləridnə partlayışlar 2022-ci il sentyabrın 26-da baş verib. Həmin anda təmir işləri üçün onlardan birincisində nasos dayandırılıb, ikinci kəmər isə istismara verilməyib.

Nəticədə dörd xətdən üçü zədələnib. İndiyədək görünməmiş dağıntılar qeydə alan “Nord Stream AG” əməliyyat şirkəti qaz kəmərlərinin bərpasının vaxtını proqnozlaşdırmaqdan imtina edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Duda   Rusiya   qaz  





Xəbər lenti