"Əslində, düşünmürəm ki, İsrail və ABŞ bu cür çılğıncasına işi görsünlər. Axı bu bütün regionu çox ağır fəlakətə gətirib çıxara bilər", - o deyib.
Zərif: "İsrail İranın atom enerjisi avadanlıqlarına partlayıcı yerləşdirib" - VİDEO |
İranın baş diplomatının bu çıxışı ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışı fonunda təsadüfi deyil. Çünki İsrail ümidvardır ki, o, İranın nüvə obyektlərinə hücumu dəstəkləyəcək, hətta gözlənilən hücumu birbaşa ABŞ həyata keçirəcək. Hərçənd seçki kampaniyası dövründə İrana qarşı "ciddi tədbir" görəcəyinə eyham vuran Tramp açıq-aydın söyləyib ki, Tehranın nüvə probleminin diplomatik yolla həllinə tərəfdardır.
Firudin Həmidli
AzVision.az