Sorğu: Qrenlandiyalıların 85%-i ABŞ-yə "yox" dedi

  Sorğu:  Qrenlandiyalıların 85%-i ABŞ-yə  "yox"  dedi
  29 Yanvar 2025    Oxunub:542
“Verian” agentliyi Danimarkanın “Berlingske” qəzetinin və "Sermitsiaq" nəşrinin sifarişi ilə "Qrenlandiya böhranı" mövzusunda sorğu keçirib.
Sorğunun nəticələrinə əsasən arenlandiyalıların böyük əksəriyyəti (85%) adanın ABŞ-yə birləşdirilməsinə qarşı çıxıb.
Yalnız 6% Danimarkanın ABŞ-nin tabeliyinə keçməsinin lehinə olub. Respondentlərin 9%-i isə suala cavab verməkdə çətinlik çəkib.

Qrenlandiya neçəyədir?
Sorğuda 18 yaşdan yuxarı ümumilikdə 497 nəfər iştirak edib.

Yanvarın 28-də Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bəyan etmişdi ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiya arzusu reallaşmayacaq.

Qeyd edək ki, Tramp yanvarın 7-də bəyan edib ki, Qrenlandiya milli təhlükəsizliyini təmin etmək, eləcə də Çin və Rusiyanın təhdidlərindən qorunmaq üçün ABŞ-nin tərkibinə daxil olmalıdır.

Xatırladaq ki, hələ Trampın ilk prezidentliyi dövründə, 2019-cu ildə Amerika mediası onun Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanı əldə etmək imkanı ilə maraqlandığını yazmışdı. Bundan sonra krallığın səlahiyyətliləri bu fikri absurd adlandıraraq Qrenlandiyanın satışını müzakirə etməkdən imtina etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Qrenlandiya  





Xəbər lenti