DOGE: “ABŞ gündə 1 milyard dollara qənaət edir”

      DOGE:    “ABŞ gündə 1 milyard dollara qənaət edir”
  29 Yanvar 2025    Oxunub:572
Amerikalı sahibkar, milyarder İlon Maskın rəhbəri olduğu “Hökumətin Effektivliyi Departamenti (DOGE)” artıq ABŞ hökumətinə gündə 1 milyard dollar qənaət etdiyini və bu rəqəmi gündə 3 milyard dollara çatdıracağını bildirib.
AzVision.az xəbər verir ki, departamentin “X” sosial şəbəkəsində paylaşdığı məlumatda belə iddia olunur.

“DOGE federal hökumət üçün gündə təxminən 1 milyard dollar qənaət edir. Əsasən lazımsız vəzifələrdə insanların işə götürülməsini dayandırmaq, DEI (müxtəliflik, bərabərlik və inklüzivlik) proqramlarını ləğv etmək və xarici qurumlara düzgün olmayan ödənişlərə son qoymaq hesabına - bunların hamısı prezidentin sərəncamlarına uyğundur. Əla başlanğıcdır, lakin bu rəqəmi gündə 3 milyard dollardan çox artırmaq lazımdır”, - qurumun bəyanatında deyilir.

Mask: “ABŞ-nin müflis olmaq təhülkəsi var”
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp “SoaceX” və “Tesla” şirkətlərinin sahibi olan milyarder İlon Maskı DOGE (Department of Government Efficiency-Hökumətin Səmərəliliyi Departamenti) adlı departamentin rəhbəri vəzifəsinə təyin edilib. “NBC News” telekanalının məlumatına görə, DOGE əslində federal hökumətin tərkibində tam hüquqlu nazirlik olmayacaq - belə bir departamentin yaradılması ABŞ Konqresinin təsdiqini tələb edir. ABŞ prezidenti Donald Tramp isə DOGE-nin “kənardan təlimat və məsləhətlər təqdim edəcəyini” bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   DOGE   qənaət  





Xəbər lenti