Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçılarının görüşü olub

   Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçılarının görüşü olub
  29 Yanvar 2025    Oxunub:540
Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində üç ölkənin XİN başçılarının görüşü olub.
Görüş zamanı xarici siyasət sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov görüşdə üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını vurğulayıb. Nazir diqqətə çatdırıb ki, təhlükəsizlik, iqtisadiyyat, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya daxil olmaqla, geniş əməkdaşlıq sahələri mövcuddur.

Ceyhun Bayramov, həmçinin Asiyanı Avropa ilə birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olan Orta Dəhlizin inkişafı vasitəsilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanların yarandığını qeyd edib. Çıxışda mövcud regional potensialdan istifadə edərək Yaxın Şərq və Əfqanıstan da daxil olmaqla, daha geniş regionun sülh, təhlükəsizlik və inkişafına töhfə verilməsi də vurğulanıb.



AzVision.az


Teqlər:





Xəbər lenti