Bakıda 75 yaşlı kişiyə qarşı dələduzluq edilib

Bakıda 75 yaşlı kişiyə qarşı dələduzluq edilib
  29 Yanvar 2025    Oxunub:403
Bakının Nərimanov rayonunda 75 yaşlı kişiyə dələduzluq edilib.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində 75 yaşlı kişinin naməlum şəxs tərəfindən aldadılaraq 1200 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Əmini müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti