Təyyarə qəzasından sonra çaydan 19 cəsəd çıxarılıb - VİDEO

   Təyyarə qəzasından sonra çaydan 19 cəsəd çıxarılıb    - VİDEO
  30 Yanvar 2025    Oxunub:502
ABŞ-nin Ronald Reyqan adına hava limanı yaxınlığında təyyarə və helikopterin toqquşması nəticəsində xeyli sayda insan ölüb. Ən azı 19 cəsəd Potomak çayından çıxarılıb.
Bu barədə BNO News informasiya portalı məlumat yayıb.

Tramp: "Təyyarə qəzasının qarşısını almaq olardı"
ABŞ prezidenti Donald Tramp faciəvi təyyarə qəzasına reaksiya verib. O, qeyd edib ki, ABŞ ordusuna məxsus Sikorsky H-60 ​​hərbi helikopteri ilə Bombardier CRJ700 sərnişin təyyarəsinin toqquşmasının qarşısını almaq olardı. Ağ Ev rəhbəri helikopterdəki hərbçilər aydın havada eniş üçün yaxınlaşan sərnişin təyyarəsi ilə toqquşacaqlarını niyə görmədiklərini sual edib.

Qeyd edək ki, gecə uçuş-enmə zolağına yaxınlaşan sərnişin təyyarəsi “Black Hawk” helikopteri ilə toqquşub.

Qəzadan sonra təyyarə hava limanı yanında Potomak çayına düşüb. Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. Reyqan hava limanında bütün uçuşlar və enişlər dayandırılıb. Vaşinqton polisinin bildirdiyinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Qəza   ABŞ  





Xəbər lenti