“Mən mükəmməl olmaqdan uzağam, amma inanıram ki, cəmiyyətə yarım əsrlik xidmətimdə pis işlərdən çox yaxşı işlər görmüşəm”, - məzlum cildinə girən Menendes özünə qarşı çıxarılacaq qərarın yumşaldılmasına çalışıb.
Xatırladaq ki, ötən ilin avqust ayına qədər ABŞ Senatında Xarici Əlaqələr Komitəsinin rəhbəri vəzifəsini tutmuş Robert Menendes 20 ildən artıq müddətdə Konqresdə ən fəal ermənipərəst lobbiçilərdən biri kimi bir neçə dəfə Azərbaycan və Türkiyə əleyhinə bəyanatlar verib. ABŞ Konqresində Azərbaycan əleyhinə dinləmələrin keçirilməsinin təşəbbüskarı məhz Menendes olub. O, Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin müəllifidir və Konqresin Ermənistan məsələləri üzrə parlament qrupunun üzvü olub.
Ermənipərəst senator rüşvət qalmaqalı ilə istintaqa cəlb edilib |
2024-cü ildə Nyu-York məhkəməsi Menendesi Misir və Qətərlə əlaqəli iş adamlarına xidmət göstərmək üçün qəsbdə, ədalət mühakiməsinə mane olmaqda və rüşvət almaqda təqsirli bilib. Onun Nyu-Cersidəki evində axtarış zamanı Federal Təhlükəsizlik Bürosunun (FTB) agentləri evdə gizlədilən təxminən yarım milyon dollar nağd pul, həmçinin təxminən 150 min dollar dəyərində qızıl külçələr və dəbdəbəli Mercedes-Benz kabrioleti tapıblar.
Robert Menendesin arvadı Nadin Arslanyan da ittihamlarla üzləşib, onun işinə ayrıca baxılır.
Sahil İsgəndərov
AzVision.az