Qəzaya düşən təyyarədə rusiyalı dünya çempionları da olub |
Qəzadan sonra təyyarə hava limanının yaxınlığında olan Potomak çayına düşüb. Təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirirmiş. İnsidentdən sonra Reyqan hava limanında bütün uçuşlar və enişlər 31-nə kimi dayandırıldı. Artıq çaydan 40-a yaxın meyit aşkarlanıb.
“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.
Tural Tağıyev
AzVision.az