Paşinyanın partiyasının reytinqi aşağı düşüb - "Gallup" |
"Siyasət elə bir şeydir ki, reytinq gah düşə, gah da qalxa bilər. Bəzən siyasi reytinq düşür, sonra isə ümumiyyətlə yüksəlmir... Amma heç vaxt reytinqinizin düşməməsi halı olmayıb. Ümumiyyətlə reytinq həm də vətəndaşla danışıq tərzidir", - Paşinyan deyib.
Xatırladaq ki, bir neçə gün öncə "Gallup" Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyi 1,1 min vətəndaş arasında sosial sorğu keçirib. Sorğunun nəticələrinə görə, hakim partiyanın reytinqi xeyli aşağı düşüb. Əgər gələn bazar günü parlament seçkiləri keçirilərsə, Ermənistan vətəndaşlarının cəmi 11,3%-i hakim “Vətəndaş müqaviləsi”nə səs verər.
Reytinqdə ikinci yeri məşhur və qalmaqallı videobloqer Vardan Qukasyanın (“Doq”) yaratdığı DOK partiyası tutub. Respondentlərin 6,8%-i DOK-a səs verməyə hazırdır. Üçüncü yerdə isə 6,5% reytinqlə ölkənin ikinci prezidenti, hərbi cani Robert Koçaryanın “Hayastan” bloku yer alıb.
Tural Tağıyev
AzVision.az