Əfqanıstan ölkədə narkotik ticarətinin tamamilə məhv edildiyini elan edib

Əfqanıstan ölkədə narkotik ticarətinin tamamilə məhv edildiyini elan edib
  31 Yanvar 2025    Oxunub:272
Taliban hökumətinin mətbuat katibi Zəbihullah Mücahid Əfqanıstanda narkotiklərin istehsalı və qeyri-qanuni dövriyyəsinin sıfıra endirildiyini bəyan edib.
AzVision.az xəbər verir ki, onun sözlərinə görə, ölkədə narkotik qaçaqmalçılığı problemi yekunlaşmaq üzrədir.

2 yanvar 2025-ci ildə Əfqanıstanın narkotiklərlə mübarizə üzrə rəsmisi Əbdül Rəhman Qasemi ölkə əhalisinin ən azı 10%-nin narkoman olduğunu bəyan edib.

Qasemi qeyd edib ki, ölkədə narkomanların müalicəsi proqramı var və bunun nəticələri ümidvericidir: son bir ildə yardıma müraciət edən 100 min nəfərdən təxminən 95%-i sağalıb.

AzVision.az



Teqlər:





Xəbər lenti