Əli Əsədov Pakistanın investisiya və kommunikasiya naziri ilə görüşüb

   Əli Əsədov Pakistanın investisiya və kommunikasiya naziri ilə görüşüb
  31 Yanvar 2025    Oxunub:286
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 31-də Pakistan İslam Respublikasının özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olundu.

Azərbaycan Respublikası Prezidentinin ötən il Pakistana baş tutmuş dövlət səfəri nəticəsində dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bildirildi.

Söhbət zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf perspektivləri müzakirə olundu.

AzVision.az



Teqlər:





Xəbər lenti