Rusiya və Türkiyə XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər

   Rusiya və Türkiyə XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər
  31 Yanvar 2025    Oxunub:295
Yanvarın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

AzVision.az bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.

Nazirlikdən bildirilib ki, tərəflər Suriya və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Məlumata əsasən, nazirlər Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət prinsipləri əsasında ölkədə hərtərəfli nizamlanmanın təşviqi maraqları naminə beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, nazirlər Suriya məsələsi və digər aktual regional və beynəlxalq məsələlərlə bağlı yaxın təmasda qalmaq barədə razılığa gəliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti