Ölkədə hava şəraiti yağmursuz keçib

Ölkədə hava şəraiti yağmursuz keçib
  01 Fevral 2025    Oxunub:317
Fevralın 1-i saat 10:00-a olan məlumata əsasən, Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə duman müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a məlumat verilib ki, dumanda görüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvanda və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

AzVision.az


Teqlər: hava  





Xəbər lenti