Putin: "Avropa Trampın ayağına düşüb, quyruq bulayacaq"

Putin: "Avropa Trampın ayağına düşüb, quyruq bulayacaq"
  02 Fevral 2025    Oxunub:380
"Tezliklə Avropa ABŞ prezidenti Donald Trampın ayaqlarına düşəcək və baxıb quyruq bulayacaq",- Rusiya prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində belə deyib.
Rusiya liderinin qeyd etdiyi kimi, "hazırda Avropanın siyasi elitası ilə Amerika prezidenti süpürləşirlər”.

Putinin sözlərinə görə, Avropa ABŞ-ın keçmiş lideri Co Baydeni daha çox bəyənirdi:

“Ancaq sizi inandırıram ki, Tramp, öz xarakteri, əzmkarlığı ilə orada (Avropada -red.) asayişi çox tez bir zamanda bərpa edəcək. Onda, özünüz görəcəksiniz, onlar sahiblərinin ayaqlarına sığınıb asta-asta quyruqlarını bulayacaqlar”, – Putin deyib.

Dövlət başçısı qeyd edib ki, avropalı siyasətçilər Trampa qarşı olublar, ABŞ-da seçki prosesinə müdaxilə etməyə çalışıblar. Donald seçkilərdə qalib gələndən sonra isə çaş-baş qalıblar.

Putin əlavə edib ki, Avropa ilə ABŞ arasında münasibətlər tezliklə yerinə düşəcək.

Donald Tramp yanvarın 20-də ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb. Bundan əvvəl Amerika lideri NATO ölkələrindən müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağı tələb edib.
Röya Əliyeva
AzVision.az




Teqlər:





Xəbər lenti