İlon Mask: “USAİD cinayətkar qurumdur”

      İlon Mask:    “USAİD cinayətkar qurumdur”
  03 Fevral 2025    Oxunub:444
ABŞ-nin Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri amerikalı milyarder İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) “bioloji silahlar, xüsusən də COVID-19” üzrə tədqiqatları maliyyələşdirməkdə ittiham edib.
AzVision.az xəbər verir ki, amerikalı sahibkar “X” sosila şəbəkəsindəki paylaşımda, həmçinin ABŞ Dövlət departamentinin keçmiş əməkdaşı və Onlayn Azadlıq Fondunun təsisçisi Mayk Bensin bir neçə mesajını təkrar yerləşdirərək, USAID-i “ölmək vaxtı çatmış cinayətkar təşkilat” adlandırıb.

Paylaşımlardan bəzilərində USAİD-in internet senzurasında, cəmiyyət üzərində siyasi nəzarət strukturlarının yaradılmasında və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “fırıldaqçılıq” işində iştirak etdiyi iddia olunur. Bensin başqa bir postunda isə, USAID-in Əfqanıstanda heroin istehsalını maliyyələşdirdiyi bildirilir.

Qeyd edək ki, İlon Maskın sahibi olduğu “X” paltformasında USAID-in hesabı bloklanıb. Agentliyin internet saytı isə artıq 3 gündür ki, işini dayandırıb.

İlham Əliyev: Zənnimcə Tramp USAİD-i qadağan edə bilər
Bu arada mənbələrə istinad edən “Reuters” agentliyi ötən həftənin sonlarında Tramp administrasiyasının USAID-in daha 30 əməkdaşını məzuniyyətə göndərdiyini yazıb. Ümumilikdə həftə ərzində qurumun məzuniyyətə göndərilən əməkdaşlarının sayı 100-ə yaxınlaşıb.

“İki yüksək vəzifəli işçi məxfi sənədləri DOGE rəsmilərinə verməkdən imtina etdikdən sonra işdən çıxarılıb”, - mənbələrdən biri deyib.

Xatırladaq ki, keçən il dekabr ayının 18-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Prezident İlham Əliyev ABŞ-nin gələcək prezidenti Donald Trampın USAİD-in fəaliyyətini qadağan edə biləcəyini vurğulamışdı.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mask   USAİD   cinayətkar  





Xəbər lenti