Narkotik və spirtli içkinin təsiri altında olan 20 sürücü saxlanılıb

Narkotik və spirtli içkinin təsiri altında olan 20 sürücü saxlanılıb
  04 Fevral 2025    Oxunub:229
Bakının Nəsimi rayonunda narkotik vasitə və spirtli içkinin təsiri altında nəqliyyat vasitəsi idarə edən 20 sürücü saxlanılıb.
Bu barədə AzVision.az -a Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən ay həyata keçirilən profilaktik tədbirlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, narkotik vasitə, psixotrop maddə və spirtli içkinin təsiri altında avtomobil idarə edən, eyni zamanda yol polisinə tabesizlik göstərən 20 sürücü aşkar edilib.

Həmin sürücülər barəsində toplanılmış materiallar məhkəməyə göndərilib, onlardan beşi inzibati qaydada həbs edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti