Ombudsman Türkiyədə bir sıra görüşlər keçirib
![Ombudsman Türkiyədə bir sıra görüşlər keçirib Ombudsman Türkiyədə bir sıra görüşlər keçirib](https://azvision.az/photos/2025/02/1738738475431174171_1200x630-1738744822.jpg)
Səfər müddətində Qaziantep Şehitkamil açıq tipli cəzaçəkmə müəssisəsinə və Qaziantep Şehitkamil Ərazi Polis İdarəsinin müvəqqəti saxlanma yerlərinə başçəkmələr təşkil olunub. Nümayəndə heyəti müəssisələrdəki qanunvericilik əsaslı yeniliklərlə, saxlanılan şəxslər üçün yaradılan imkanlarla, ümumi şəraitlə, eləcə də həmin şəxslərin hüquqlarının təmini vəziyyəti, burada formalaşmış təcrübə ilə yaxından tanış olub.
Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun yeni açılmış Qaziantep bürosu da ziyarət olunub. TİHEK-in ilk bürosu barədə ətraflı təqdimatlar verilib. Azərbaycan Ombudsmanın regional mərkəzlərinin illərdir formalaşmış təcrübəsi barədə Səbinə Əliyevanın təqdimatı maraqla qarşılanıb. Hər iki qurumun fəaliyyət istiqamətləri barədə fikir və təcrübə mübadiləsi aparılıb, qarşılıqlı şəkildə suallar cavablandırılıb.
Səfər çərçivəsində, həmçinin Qaziantep Böyükşəhər bələdiyyə sədri Fatma Şahin, Şahinbey rayon bələdiyyə sədri Mehmet Tahmazoğlu, şəhər valisi Kemal Çeber, Qaziantep Baş prokuroru İsmail Karataş ilə də görüşlər keçirilib.
AzVision.az
Teqlər: