İlqar Abbasov: “Mühafizə zonaları”nda qaydaları pozan 5377 nəfər saxlanılıb

     İlqar Abbasov:    “Mühafizə zonaları”nda qaydaları pozan 5377 nəfər saxlanılıb
  05 Fevral 2025    Oxunub:310
Ötən il neft-qaz ixrac boru kəmərlərinin “mühafizə zonaları”nda qaydaları pozan 5377 nəfər saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb.
Bunu Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov 2024-cü ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, ötən il 86 PUA-nın idxalı və istifadəsi ilə bağlı müraciətə baxılaraq, 48-nə mənfi rəy verilib.

Agentliyin rəisi görülmüş işlərdən danışarkən bildirib ki, 2024-cü ildə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən neft və qaz ixrac boru kəmərlərinin, o cümlədən mühafizə olunan şəxslərin və obyektlərin mühafizəsi təmin edilib, terror, təxribat və hər hansı təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınması, yeni yaradılmış qurum kimi Agentliyin fəaliyyətinin formalaşdırılması və şəxsi heyətinin komplekləşdirilməsi üçün zəruri işlər həyata keçirilib.


AzVision.az



Teqlər:





Xəbər lenti